Bank Of Baku

Yuriy Boyko: «Ukrayna Azərbaycandan qaz almaq niyyətindədir»

Yuriy Boyko: «Ukrayna Azərbaycandan qaz almaq niyyətindədir»
# 08 sentyabr 2011 14:36 (UTC +04:00)
APA-nın «Kommersant» qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın enerji naziri Yuriy Boyko bəyan edib: «Ukrayna Azərbaycandan qaz idxal etmək niyyətindədir».

Keçirdiyi mətbuat konfransında ölkəsinin enerji siyasətinə toxunan Ukraynalı nazir bildirib ki, 2015-ci ildən başlayaraq ölkə Rusiyadan alınan təbii qazın həcmini azaltmağı planlaşdırır. Buna əsasən iki yolla nail olmaq planlaşdırılır - xaricdən idxal edilən təbii qaz mənbələrini yenidən nəzərdən keçirməklə, habelə daxili istehsalı artırmaqla.

«Bu tədbirlər bizə Rusiyadan aldığımız 40 mlrd. kubmetr qazın 12,5 mlrd. kubmetrini sonradan Azərbaycandan almağa şərait yaradacaq», - deyə Y.Boyko bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR