Bank Of Baku

“Reuters”: “Azərbaycan Asiya qitəsində neft satışını artırmaq istəyir”

“Reuters”: “Azərbaycan Asiya qitəsində neft satışını artırmaq istəyir”
# 09 sentyabr 2011 16:04 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. “Braziliyadan tutmuş Azərbaycana kimi olan neft hasilatçıları Asiya qitəsində satış həcmini artırmağı hədəfləyir”. APA-nın məlumatına görə, bu barədə nüfuzlu “Reuters” informasiya agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici fəaliyyətinə dair yazısında qeyd edib.

Məqalədə bildirilir ki, Amerika və Avropada neftin istehlakı aşağı düşdüyü bir vaxtda enerji ixrac edən ölkələrin əsas ümidi dinamik inkişaf edən Çin və Yaponiya kimi Asiya ölkələrinə yönəlir: “ARDNŞ-ın xarici bölməsi olan “SOCAR-Trading” cari ili sonuna kimi hər ay Asiyada hazırkı 5-6 mln. bareldən 7-9 mln. barelə kimi satış artımı ehtimal edir”.

Agentliyin yazdığına görə, bu artım Koreya və Sinqapurla əldə edilən əməkdaşlıq sayəsində mümkün olur. “Yeni tələbatın yaranması fonunda bizim Asiyada satış həcmimiz artacaq”, - deyə “SOCAR-Trading” şirkətinin icraçı direktoru Valeriy Qolovuşkin bildirib.

“Reuters” yazır ki, “SOCAR-Trading” Asiyada bir çox neft məhsulları, xam neft, mazut, aviayanacaq, nafta və digər yanacaq növləri satır. İlin sonuna kimi şirkət Sinqapur ofisindəki işçilərinin sayını 15-ə çatdıraraq hər il 4 mln. ton həcmində yanacaq satmaq niyyətindədir: “ARDNŞ əmindir ki, artan daxili tələbat və yanacaq ixracı şəraitində biznes-fəallıq yüksək səviyyədə qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR