Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri avqustda 4,5% ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri avqustda 4,5% ucuzlaşıb
# 12 sentyabr 2011 07:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,5% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,4% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9% bahalaşıb.

«Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,2%, tütün məmulatlarının istehsalı üzrə 2%, kimya sənayesi üzrə 1,9%, mebel istehsalı üzrə 1,8%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5%, tikinti məmulatlarının istehsalı üzrə 0,4%, poliqrafiya fəaliyyəti üzrə 0,3%, kağız və karton istehsalı üzrə 0,2% bahalaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4%, qida məhsullarının istehsalı üzrə 2%, geyim istehsalı üzrə 1,8%, metallurgiya sənayesi üzrə 1,3%, maşın və avadanlıqların istehsalı üzrə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR