Bank Of Baku

İraq kürdləri neft ixracını dayandırıb

İraq kürdləri neft ixracını dayandırıb
# 12 sentyabr 2011 08:51 (UTC +04:00)
APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu barədə İraqın neft sənayesi naziri Əbdülkərim Liabi bildirib.

Onun sözlərinə görə, Kürdüstan rəhbərliyi qərarla bağlı hər hansı açıqlama verməyib: “Halbuki bu qərar İraq iqtisadiyyatına ciddi zərər vura bilər”.

Neft ixracının dayandırılması barədə qərar hökumətin bu yaxınlarda qəbul etdiyi neft və qaz haqqında qanun ətrafında ciddi fikir ayrılıqları fonunda verilib. Kürd siyasətçiləri hesab edir ki, qanun Kürdüstanın hesabına əldə olunan neft gəlirlərinin bölüşdürülməsində İraq rəhbərliyinə üstünlüklər verir.

Mübahisənin nə vaxt bitəcəyi və neft ixracının nə zaman normal səviyyəyə çatacağı hələlik bəlli deyil. hazırda Kürdüstandan neft ixracı üç dəfə azalaraq, gündəlik 150 min bareldən 55 min barelə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR