Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinda «Abşeron» yatağının açılmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinda «Abşeron» yatağının açılmasına həsr olunmuş tədbir keçirilib
# 12 sentyabr 2011 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı ilə Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» yatağının açılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə «Abşeron» strukturunun tarixindən danışıb və bildirib ki, struktur 1960-cı ildə aşkar edilib və 1993-cü ildə axtarış qazmasına hazırlanıb: «Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ilin avqustun 1-də ARDNŞ və podratçı tərəflər olan «Chevron» və «Total» şirkətləri arasında imzalanıb. Sazişə uyğun olaraq, podratçılar tərəfindən kəşfiyyat işləri proqramı həyata keçirilib, 634 kv. km sahədə 3D seysmik işlər aparılıb və strukturun cənub qanadında, dənizin 520 metr dərinliyində bir axtarış quyusu qazılıb. Quyu texniki səbəbdən ləğv olunub və bununla da 2005-ci ilin dekabr ayında sazişə xitam verilib».

X.Yusifzadə onu da bildirib ki, ikinci dəfə «Abşeron» strukturu üzrə Hasilatın Pay Bölgüsü sazişi 2009-cu ilin fevralın 27-də ARDNŞ, Fransanın «Total E& Absheron B.V.» şirkəti və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında imzalanıb: «Sazişdə ARDNŞ 40%, «Total» 40%, «Gas de France» 20% paya malikdir. Sazişə əsasən, kəşfiyyat dövründə ARDNŞ Ortaq Neft Şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəflərin üzərinə düşür. Həmin tərəflər saziş qüvvəyə mindikdən işlənmə proqramı təsdiqlənənə qədər ARDNŞ-ın payının maliyyələşdirilməsini öz üzərinə götürüb».

Strukturun ehtiyatlarından danışan X.Yusifzadə qeyd edib ki, «Abşeron»un karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR