Bank Of Baku

Azərbaycanın «Şahdəniz» qaz strukturunun işlənməsi layihəsinin ikinci fazasına noyabrda sanksiya veriləcək

Azərbaycanın «Şahdəniz» qaz strukturunun işlənməsi layihəsinin ikinci fazasına noyabrda sanksiya veriləcək
# 12 sentyabr 2011 10:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sərmayələr idarəsinin müdiri Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda «Şahdəniz»in ikinci fazası üzrə işlər davam etdirilir və heç bir gecikmə yoxdur: «İkinci fazanın tammiqyaslı işlənməsi üzrə sanksiyanın noyabr ayında verilməsi nəzərdə tutulur».

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR