Bank Of Baku

Azərbaycanda neft tullantıları üçün yeni mərkəz tikiləcək

Azərbaycanda neft tullantıları üçün yeni mərkəz tikiləcək
# 12 sentyabr 2011 11:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft tullantıları və qazıntı məhsullarının utilizasiyası üçün yeni nəhəng tullantı mərkəzi tikməyə hazırlaşır. “APA_Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, artıq ARDNŞ rəhbərliyi bu layihəni təsdiqləyib. Şəhərcik formasında olacaq tullantı mərkəzinin tikintisinə 70 mln. manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz olunacaq mərkəzin Qaradağ rayonu ərazisində inşa ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR