Bank Of Baku

Azərbaycan Avropaya təbii qazın ixracı üçün potensial boru kəmərlərinin qiymətləndirilməsini aparır

Azərbaycan Avropaya təbii qazın ixracı üçün potensial boru kəmərlərinin qiymətləndirilməsini aparır
# 12 sentyabr 2011 11:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sərmayələr idarəsinin müdiri Vaqif Əliyevin sözlərinə görə, hazırda hər üç boru kəməri üzrə danışıqlar prosesi davam edir: «Tərəflər artıq təkliflərini Azərbaycana göndərib və hazırda onların dəyərləndirilməsi aparılır. Lakin xeyli məsəsələr var ki, dəqiqləşdirilməlidir. Bizim qaz istehsalçısı və ixracatçısı kimi qeyri-müəyyən suallarla hər hansı bir boru kəmərini seçməyə imkanımız yoxdur. Ona görə bizə boru kəmərlərinin investisiya müddəti, çəkilmə tarixi, onların ötürücülük qabiliyyəti, tranzit şərtləri və ümumi qaz ixracatçısı kimi tariflər tam bəlli olmalıdır ki, seçim edək. Bu da «Şahdəniz», «Abşeron», «Azəri-Çıraq-Günəşli» kimi böyük qaz layihələrinə qoyulacaq investisiyalara təsir edə biləcək amillərdir».

Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işlərinin 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli 2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.

Qeyd edək ki, TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

Qeyd edək ki, ITGI Komotini şəhərindən (Yunanıstan) başlayaraq Trakiya, İpiros ərazilərinə qədər uzanır. Daha sonra İon dənizi sahillərindən təxminən 300 km sonra Otrando (İtaliya) ərazisində başa çatır. Boru kəmərinin torpaq üstü sahəsi inşaatı yunan hökuməti, DESFA tərəfindən həyata keçiriləcək. Sualtı ərazisi isə DEPA və «Edison» şirkətlərinin bərabər iştirak etdiyi Yunanıstan-İtaliya şirkəti olan «Poseydon» tərəfindən yoxlanılıb inşa ediləcək. Boru kəmərinin gücü ildə 11 mlrd. kubmetr təşkil edəcək. Kəmər vasitəsilə təxminən 3 mlrd. kubmetr qaz Yunanıstan bazarına, qalan 8 mlrd. kubmetr isə İtaliya vasitəsilə Avropa bazarlarına ötürüləcək. Bu boru kəməri vasitəsi ilə digər ölkələr də (Bolqarıstan, Macarıstan, Rumıniya) mənbəyini Azərbaycandan götürən təbii qazla təchiz oluna biləcək.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR