Bank Of Baku

ARDNŞ: Yaxın Şərqdəki proseslər beynəlxalq nəqletmə layihələrinin icrasını sual altına qoyur

ARDNŞ: Yaxın Şərqdəki proseslər beynəlxalq nəqletmə layihələrinin icrasını sual altına qoyur
# 12 sentyabr 2011 12:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sərmayələr idarəsinin müdiri Vaqif Əliyev bildirib.

İsrail tərəfindən Azərbaycana qazın alqı-satqısı ilə bağlı yeni müraciətlərin daxil olmadığını bildirən V.Əliyev qeyd edib ki, bu ideyanın reallaşması üçün ilk öncə Türkiyədən Suriyaya qaz xətti çəkilməlidir ki, Azərbaycan qazı Türkiyə ərazisi ilə Suriyaya, oradan isə İsrailə çatdırılsın: «Ehtimal etmirəm ki, Suriyadakı siyasi vəziyyət iqtisadi duruma müsbət təsir göstərsin və yaxın vaxtlarda iki ölkə arasında qaz kəmərinin tamamlanması inandırıcı deyil».

Qeyd edək ki, bundan öncə İsrail təbii qazı Misirdən idxal edib. Lakin avqust ayında Misir tərəfi qazın İsrailə ixracını dayandırıb ki, buna Misir-İsrail sərhədində baş verən hadisələr səbəb olub.

Xatırladaq ki, tərəflər arasında imzalanmış 20 illik sənədə əsasən, İsrail 2005-ci ildən etibarən Misirdən təbii qaz idxal edib. Misir İsrailin qaza olan ehtiyacının 45%-ni ödəyirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR