Bank Of Baku

Rusiya neft ixracını azaldır

Rusiya neft ixracını azaldır
# 12 sentyabr 2011 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin II rübündə Rusiyadan neft ixracının həcmi azalıb. “APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, buna neft şirkətlərinin ixracı azaltması səbəb olub.

Cari ilin I rübü ilə müqayisədə II rübdə “LUKoil” ixracı 2,4%, “Qazprom neft” 12,5%, “TNK-BP” 3,2%, “Rosneft” 0,1% azaldıb. Nəticədə bu ilin I yarısında Rusiyadan neft ixracı 3,7% azalaraq 118,8 mln. tona enib.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən, 2013-2014-cü illərdə əlverişli beynəlxalq konyunkturaya baxmayaraq, ölkədən neft ixracının həcmi azalmaqda davam edəcək. Nazirlik cari ilin sonunda ixracın 2% azalaraq 244,5 mln. tona enəcəyini proqnozlaşdırır.

Analitiklərin fikrincə, neft ixracının azalmasına səbəblərdən biri də Rusiyada neftə olan tələbatın artması olub. Bu üzdən şirkətlər neft məhsullarını daxil bazarda satmağa üstünlük veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR