Bank Of Baku

Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi zamanı aşkar edilən arxeoloji tapıntılara həsr olunmuş kitab buraxılıb - FOTOSESSİYA

Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi zamanı aşkar edilən arxeoloji tapıntılara həsr olunmuş kitab buraxılıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 sentyabr 2011 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin tikintisi zamanı arxeoloji tapıntılar səbəbindən bir neçə yerdə kəmərin marşrutu dəyişdirilib, nəticədə kəmərin uzunluğu əvvəlcə nəzərdə tutulduğundan 2 kilometr artıq olub. “APA-Economics”in məlumatına görə, bu barədə bu gün «BP-Azərbaycan» şirkəti və onun tərəfdaşlarının təqdim etdiyi «Boru Kəməri Dəhlizində Keçmiş və Gələcək İrs - Azərbaycan, Gürcüstan, Türkiyə» kitabının təqdimatında məlumat verilib.

Bu kitab Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin Xəzərdən Aralıq dənizinə qədər olan marşrut boyunca tikinti zamanı aşkar olunmuş arxeoloji tapıntıları əks etdirən tədqiqatın nəticələrini özündə birləşdirir. “BP-Azərbaycan”ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, hər iki kəmərin tikintisi sahələrində tikinti briqadalarından əvvəl arxeoloqlar çalışıb. Nəticədə tədqiqatların aparıldığı 40 ərazidə 20-dən artıq yaşayış sahəsi, yüzlərlə qəbir, on minlərlə qiymətli eksponat, Türkiyə ərazisində isə bütöv şəhər tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Gürcüstanın Milli Muzeyi və Türkiyənin Qazi Universiteti tərəfindən aşkar edilmiş bu qiymətli arxeoloji tapıntılar qorunmaq, tədqiq edilmək və gələcək nəsillərə çatdırılmaq üçün hər üç ölkənin hökumətinə təhvil verilib.

Üç dildə - Azərbaycan, gürcü və ingilis dillərində tərtib olunan kitabın hazırlanmasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri, eləcə də xarici mütəxəssis və tarixçilər iştirak edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, bu proqram azərbaycanlı, gürcü, türk, britaniyalı və amerikalı arxeoloqlara tikinti zamanı boru xətti boyunca səfərbər edərək yüz illərlə mövcud olan, amma bizə məlum olmayan və heç vaxt qazıntı işləri aparılmamış sahələri aşkar etmək imkan yaradıb: “Bildiyimizə görə, bu, sovet hökuməti dövründən bəri Azərbaycan və Gürcüstan ərazisində həyata keçirilmiş ən böyük arxeoloji qazıntı proqramıdır. BP şirkəti və onun tərəfdaşları həqiqətən fəxr edirlər ki, Xəzərdən Aralıq dənizinə qədər bizim boru kəmərləri boyunca olan ərazilərdə tarixən məskunlaşmış ən qədim sivilizasiyaların mədəni irslərinin tədqiqinə dəyərli töhfə veririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR