Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan elektrik enerjisi istehsalını artırıb
# 12 sentyabr 2011 14:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

İstehsal edilən enerjinin 1,3 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saata yaxını isə su elektrik stansiyalarının (SES) payına düşür. Ötən ay Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Ümumilikdə, 2011-ci ilin 8 ayı ərzində enerji sistemdə 13,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilə nisbətən 5,6% artıqdır.


Yanvar-avqust ayları ərzində istehsal olunan enerjini 11,1 mlrd. kVt/saatdan çoxu İES-lərin, 2,1 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR