Bank Of Baku

Asiya İnkişaf Bankının enerji missiyası Bakıya gəlir

Asiya İnkişaf Bankının enerji missiyası Bakıya gəlir
# 13 sentyabr 2011 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) enerji missiyasının Azərbaycana səfəri başlayır. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən məlumat verilib.

«AİB-in aparıcı enerji mütəxəssisi Tianhua Luonun (Tianhua Luo) rəhbərlik etdiyi enerji missiyası Bank tərəfindən enerji sektorunda maliyyələşdirilən layihələri qiymətləndirmək üçün Bakıya gəlir. Missiya əsasən enerjinin ötürülməsinin gücləndirilməsi layihəsini nəzərdən keçirəcək. Layihə Mingəçevirdən Bakıya qədər yeni enerji xətlərinin çəkilişini nəzərdə tutur.
Missiya layihənin icrasına təsir göstərən əsas məsələləri müəyyənləşdirəcək, layihənin vaxtında yerinə yetirilməsi üçün addımları razılaşdıracaq və Enerjinin Paylanılması ilə bağlı İnvestisiya Proqramının hazırlanmasını müzakirə edəcək», - deyə AİB ofisindən bildirilib.

Bankın enerji missiyası Maliyyə Nazirliyi, «Azərenerji» ASC və digər hökumət agentliklərinin nümayəndələri və beynəlxalq tərəfdaşlarla görüşlər keçirəcək.

Missiyanın Azərbaycana səfəri sentyabrın 22-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR