Bank Of Baku

«SOCAR Energy Georgia» və «Goodwill» şirkətləri arasında əməkdaşlıq sənədi imzalanıb

«SOCAR Energy Georgia» və «Goodwill» şirkətləri arasında əməkdaşlıq sənədi imzalanıb
# 13 sentyabr 2011 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən «SOCAR Energy Georgia» törəmə şirkəti ilə «Goodwill» şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, memorandumu «SOCAR Energy Georgia»nın baş direktoru Mahir Məmmədov və «Goodwill» şirkətinin təsisçisi Qoqi Şevardnadze imzalayıblar.

Memoranduma əsasən, ARDNŞ-ın törəmə müəssisəsi olan «SOCAR Georgia Petroleum» Tbilisi-Poti magistral yolu üzərində yerləşən multifunksional kompleksi (yanacaqdoldurma məntəqəsi və onunla bağlı infrastruktur istisna olmaqla) «Goodwill» şirkətinin idarəçiliyinə verib. Kompleksə supermarket, restoran, «fast-food», eləcə də digər turizm, bank və əyləncə yönümlü infrastruktur daxildir. Tərəflər Gürcüstanın tranzit ölkəsi olaraq strateji mövqeyinin daha da yaxşılaşdırılması niyyətlərini bəyan edib və multifunksional kompleksin yenidən qurulması layihəsi çərçivəsində əməkdaşlığı genişləndirməyə qərar verib. Layihə bir qrup gürcü memarı və dizaynerin iştirakı ilə Almaniyanın «Linde» şirkəti tərəfindən hazırlanıb. Obyektin 2011-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR