Bank Of Baku

Rusiya XİN: Avropa İttifaqı Şurasının Transxəzər qaz kəməri ilə bağlı qərarı təəccüb doğurur

Rusiya XİN: Avropa İttifaqı Şurasının Transxəzər qaz kəməri ilə bağlı qərarı təəccüb doğurur
# 13 sentyabr 2011 15:35 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Rusiya XİN hesab edir ki, bu qərar regionda vəziyyəti mürəkkəbləşdirə bilər: “Bizə məlumdur ki, bu, Avropa İttifaqı üçün də ilk sınaqdır. Bizi təəccübləndirən odur ki, Avropa İttifaqı ölkələrindən heç birinin Xəzər dənizinin sahilinə çıxışı yoxdur”.

Açıqlamada qeyd olunur ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik ki, Aİ Şurası Rusiyanın və digər Xəzəryanı ölkələrin mövqeyinə diqqətlə yanaşacaq bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək”.

Qeyd edək ki, Aİ Şurası Transxəzər qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR