Bank Of Baku

Leonhard Birnbaum: «Avropa İttifaqının Bakı və Aşqabadla danışıqları Nabucco-nun həyata keçməsini tezləşdirəcək»

Leonhard Birnbaum: «Avropa İttifaqının Bakı və Aşqabadla danışıqları Nabucco-nun həyata keçməsini tezləşdirəcək»
# 13 sentyabr 2011 19:20 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinə dair danışıqları Nabucco-nun həyata keçməsini tezləşdirməlidir. Almaniyanın RWE AG konserninin idarə heyətinin sədri Leonhard Birnbaum bu fikirdədir.

Onun fikrincə, Nabucco-nun taleyində yaxın vaxtlarda yaxşılığa doğru böyük dəyşikliklər baş verəcək. «İndi biz görürük ki, qaz ötürülməsi məsələsində yaxın bir neçə y ərzində çox şey aydın olacaq», deyə Almaniyanın Boerse-go.de onlayn nəşri Birnbaumun sözlərini sitat kimi gətirir.

Birnbaum Avropa İttifaqının ilk dəfə olaraq birliyə daxil olan 27 ölkənin hamısının adından çıxış etməsini əhəmiyyətli hadisə adlandırıb.

«Əgər hər şey uğurlu olsa, bizdə istədiyimiz qədər təbii qaz olacaq və biz Şimali İraq və digər ölkələrdən qəza nəqli olmadan keçinə biləcəyik», deyə RWE rəhbəri əminliklə bildirib. Eyni zamanda o qeyd edib ki, Şimali İraqdan qaz nəqlini tamamilə istisna etmir, lakin onun fikrincə, bu məsələdə aydınlığa Azərbaycan və Türkmənistanla danışıqlarda olduğu kimi tez nail olmaq mümkün olmayacaq.

Qeyd edək ki, Aİ Şurası Transxəzər qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR