Bank Of Baku

Azərbaycan sənaye istehsalını 12% artırıb

Azərbaycan sənaye istehsalını 12% artırıb
# 14 sentyabr 2011 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk səkkiz ayında Azərbaycanda ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, həmçinin hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 20,9 mlrd. manatlıq və ya ötən ilin yanvar-avqust aylarına nisbətən 12,4% çox sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 5,5% azalıb, emal bölməsində 9,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 10,7% artıb. Bu bölmələrin sənayenin ümumi məhsulunda xüsusi çəkisi müvafiq olaraq 76,3%, 18,2%, 4,9% və 0,6% təşkil edib.

Eyni zamanda, emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 7%, içki istehsalı 30%, toxuculuq sənayesi məhsulları istehsalı 14,7%, geyim istehsalı 60,3%, ağac emalı və ağacdan məmulatlar istehsalı 11,6%, kağız və karton istehsalı 33,4%, poliqrafiya fəaliyyəti 4,7%, neft məhsulları istehsalı 5,4%, kimya sənayesi məhsulları istehsalı 53,2%, rezin və plastik kütlə məmulatları istehsalı 6,9%, metallurgiya sənayesi məhsulları istehsalı 79,8%, kompüter və digər elektron avadanlıqların istehsalı 20,6%, elektrik avadanlıqları istehsalı 12,3%, maşın və avadanlıqlar istehsalı 25,4%, sair nəqliyyat vasitələri istehsalı 1,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri 53,4% artıb.

Qeyd edək ki, ilin əvvəlindən keçən vaxt ərzində ötən illə müqayisədə elektrik enerjisi istehsalı 5,5% artaraq 12,7 mlrd. kVt/saat təşkil edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR