IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks avqust ayında istehsal edilmiş məhsulun dəyəri (2,880 mlrd. manat) iyulda istehsal edilmiş məhsulun dəyərinə (2,405 mlrd. manat) bölünməklə hesablanıb. İndeksin artması avqust ayında sənaye istehsalının əvvəlki ayla müqayisədə artmasını əks etdirir.