Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Fransanın energetika, sənaye və rəqəmli iqtisadiyyat naziri ilə görüşüb - FOTO

Azərbaycanın sənaye və energetika naziri Fransanın energetika, sənaye və rəqəmli iqtisadiyyat naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 15 sentyabr 2011 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. Parisdə səfərdə olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Fransanın energetika, sənaye və rəqəmli iqtisadiyyat naziri Erik Besson ilə görüşüb. Bu barədə “APA-Economics”ə Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Elmar Məmmədov məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun da iştirak etdiyi görüşdə neft, qaz və sənaye sahələrində Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadilələri aparılıb. Erik Besson Azərbaycanla Fransa arasında neft və qaz sahəsində mövcud olan əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu yüksək qiymətləndirib. O, cari ilin iyun ayının 7-də Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Parisdə keçirdiyi görüşü xatırladaraq, Fransa şirkətlərinin peyk, informasiya və kommunikasiya texnologiyaları sahəsində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Natiq Əliyev bildirib ki, Azərbaycan tərəfi Fransa ilə enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığın qeyri-neft sektorunda da, xüsusilə sənaye və alternativ enerji sahələrində də inkişaf etdirilməsində maraqlıdır. O, Fransanın “Total” və “Gas de France” şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə ötən həftə Abşeron yatağında əldə etdikləri uğurlu araşdırmaların nəticəsinin Azərbaycanla Fransa arasında enerji sahəsində yeni əməkdaşlıq səhifəsi açacağını bildirərək həm ARDNŞ-ı, həm də Fransa şirkətlərini bu münasibətlə təbrik edib.

Görüşün sonunda N.Əliyev öz fransız həmkarını Azərbaycana səfər etməyə dəvət edib, dəvət məmnunluqla qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR