Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin uzunmüddətli inkişaf strategiyası hazırlanır

Azərbaycan Dövlət Neft Şirkətinin uzunmüddətli inkişaf strategiyası hazırlanır
# 16 sentyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) 2025-ci ilə qədər nəzərdə tutulmuş uzunmüddətli inkişaf strategiyası hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, ARDNŞ ozö üçün şaquli inteqrasiya olunmuş inkişaf modeli seçib ki, Şirkətin kəşfiyyatdan başlayaraq son məhsulun satışına qədər olan bütün mərhələlərdə iştirak etməsi səbəbindən strategiyada da ARDNŞ bütün fəaliyyət istiqamətləri əksini tapıb.

S.Qasımov bildirib ki, strategiyanın ilkin variantı artıq hazırlanıb, lakin müəyyən dəqiqləşdirmələr aparılmalıdır. Ümumiyyətlə, ARDNŞ rəsmisi strategiyanın 2011-ci ilin sonuna kimi tam hazır olacağı ilə bağlı ümidli olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR