Bank Of Baku

Ukrayna prezidenti “Cənub dəhlizi” qaz kəmərinin tikintisi marşrutuna dəyişiklik təklif edir

Ukrayna prezidenti “Cənub dəhlizi” qaz kəmərinin tikintisi marşrutuna dəyişiklik təklif edir
# 16 sentyabr 2011 11:49 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna prezidenti Viktor Yanukoviç “Cənub dəhlizi” qaz kəmərinin tikintisi marşrutuna dəyişiklik təklif edib.

APA-Economics”in xəbərinə görə, Yaltada keçirilən beynəlxalq forumda çıxış edən Ukrayna lideri kəmərin Qara dənizin dibi ilə deyil, ölkənin cənubunda quru ərazilərdən çəkilməsinin məqsədəuyğun olduğunu bildirib.

V.Yanukoviç ekspertlərin fikirlərinə əsaslanaraq, “Cənub dəhlizi”nin hazırkı layihə ilə 25 mlrd. avroya başa gələcəyini deyib: “Biz təklif etdiyimiz variant isə beş dəfə ucuz başa gələcək”.

Qeyd edək ki, Rusiyanın “Cənub dəhlizi” və “Şimal dəhlizi” layihələri Rusiyanın qaz tranzitində Ukraynadan asılılığını azaltmağa hesablanıb. Bu isə o deməkdir ki, layihələrin reallaşması Ukraynanı tranzit gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR