Bank Of Baku

Soçidə “Cənub axını” layihəsinə dair hüquqi öhdəliklər sazişi imzalanıb

Soçidə “Cənub axını” layihəsinə dair hüquqi öhdəliklər sazişi imzalanıb
# 16 sentyabr 2011 13:43 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, saziş Rusiyanın baş naziri Vladimir Putinin iştirakı ilə imzalanıb. Sənəd tərəflərin hüquq və öhdəliklərini, pay və sazişdən mümkün çıxış şərtlərini əks etdirir.

Müvafiq kəmər Rusiyadan Qara dənizin dibi ilə Avropaya təbii qaz nəql edəcək. 2015-ci ildə istismara verilməsi planlaşdırılan “Cənub axını”nın illik nəqletmə gücü 15,75 mlrd. kubmetr olacaq. “Cənub axını” “Nabucco”ya rəqib layihə hesab olunur və bir qədər öncə Avropa İttifaqının enerji komissarı Günter Ottinger bu layihəni tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR