Bank Of Baku

Göyçayın Mirzəhüseynli kəndinə təbii qaz verilib

Göyçayın Mirzəhüseynli kəndinə təbii qaz verilib
# 16 sentyabr 2011 14:25 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA-Economics. Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilişi bərpa edilib.

APA-Economics”in məlumatına görə, Mirzəhüseynli kəndində 63 və 110 millimetrlik plastik borularla ümumilikdə 8 min poqonometr uzunluğunda yeni qaz xətti çəkilib və 192 mənzilə sayğac quraşdırılıb.

Kəndə 18 illik fasilədən sonra təbii qazın verilişi münasibətlə keçirilən toplantıda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və kənd sakinləri iştirak edib. Tədbirdə rəmzi olaraq məşəl alovlandırılıb. Məlumat verilib ki, ki, hazırda Qaraməryəm, Şəhadət, Qarabağlar və Ərəbcəbirli kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür. Hazırda Göyçay şəhərində və 8 kənddə əhali təbii qazdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR