IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks dekabr ayında istehsal edilmiş məhsulun dəyərinin (3,380 mlrd. manat) noyabrda istehsal edilmiş məhsulun dəyərinə (3,186 mlrd. manat) bölünməsi yolu ilə hesablanır.
İndeksin kəskin artması ilk növbədə texniki amillərlə bağlı olub. Belə ki, noyabrda indeksin dinamikasında 3,1 dəfəlik azalma baş verib ki, belə azalmadan sonra artım, yəni dinamikanın korreksiyası gözləniləndir.
Qeyd edək ki, sənaye istehsalı indeksinin dinamikası sənaye istehsalının aylıq müqayisəsini əks etdirir. Belə ki, dekabr ayında sənaye istehsalı əvvəlki aya nisbətən artıb, noyabrda isə əksinə azalıb. Cədvəldən göründüyü kimi, indeksin dinamikasında böyük dəyişkənlik müşahidə olunur və hətta iki ay ardıcıl artım və ya azalma nadir hallarda baş verir.