Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksinin artması davam edir

Azərbaycanda sənaye mal ehtiyatları indeksinin artması davam edir
# 24 yanvar 2012 14:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il yanvarın 1-nə müsbət 6,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks dekabrın əvvəli ilə müqayisədə 2,8 faiz bəndi artıb. Qeyd edək ki, əvvəlki ay ərzində bu göstərici 16,8 faiz bəndi artıb.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Ümumilikdə isə indeksin müsbət olması anbarlarda mal ehtiyatlarının artmasını göstərir. Bu fakt isə öz növbəsində ya satşın azalması, və ya istehsalın artması səbəbindən baş verə bilər. Rəsmi statistikaya əsasən, dekabr ayı ərzində əvvəlki aya nisbətən sənaye istehsalının həcmi 6,1% artıb və beləliklə sənaye istehsalında mal ehtiyatlarının artması məhz bu amilin təsiri altında baş verib, satışda isə vəziyyət sabit qalıb.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il yanvarın 1-nə sənaye müəssisələrinin anbarlarında 262,8 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə ötən ilin dekabrın 1-nə nisbətən 15,2 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR