Bank Of Baku

Azərbaycan qızıl və gümüş hasilatını azaldıb

Azərbaycan qızıl və gümüş hasilatını azaldıb
# 24 yanvar 2012 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 1 775 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilə nisbətən 15,2% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 1 217 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-dekabr aylarına nisbətən 9,8% azdır.

Cari il yanvarın 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 48 kq, gümüşün isə 56 kq olub.

Ümumiyyətlə, 2011-ci ildə Azərbaycanda 2 992 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu illə müqayisədə bu göstərici 13% azalıb.

Xatırladaq ki, Azərbaycanda qızıl ehtiyatları ölkədə hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızıl hesabına formalaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR