Bank Of Baku

Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri ilə nəqletmə ötən il azalıb

Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri ilə nəqletmə ötən il azalıb
# 25 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 45,6 mln. ton və ya əvvəlki illə müqayisədə 8,8% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 34,5 mln. ton neft ötürülüb ki, 2010-cu illə müqayisədə bu göstərici 10% azalıb. Hesabat ilində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,1 mln. ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat ilində 18,7 mlrd. kubmetr qaz nəql edilib ki, 2010-cu il ilə müqayisədə bu göstərici 7,1% artıb. Nəql edilmiş qazın 30,9%-i Bakı-Tbilisli-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə ötən il 4,5 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilə nisbətən 8,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR