Bank Of Baku

Avropa Birliyinin sanksiyaları “Statoil”ə şamil olunmayacaq

Avropa Birliyinin sanksiyaları “Statoil”ə şamil olunmayacaq
# 25 yanvar 2012 23:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yanvarın 23-də Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş toplantısında İrana qarşı tətbiq edilmiş sanksiya Norveçin “Statoil” şirkətinə şamil olunmayacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şirkətdən İrandan yenə də LPG (mayeləşdirilmiş karbohidrat qazı) idxalını davam etdiriləcəyi bildirilib. Bundan əlavə, “Statoil”in İranın “Cənub Bəbir” layihəsində iştirak etdiyi, kəşfiyyat işləri aparması üçün sərmayə yatırdığı, ona görə də bunun qarşılığı olaraq bir müddət əvvəl bu ölkədən "LPG" idxal etməyə başladığı qeyd olunub. Bu səbəbdən İran borcunun əvəzini ödəyənədək “Statoil” Avropa Birliyinin sanksiyalarından kənarda qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR