Azərbaycanda neftçilərin ev alması qaydaları açıqlanıb
Kooperativin təsis sənədlərində qeyd olunduğu kimi, 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən, ARDNŞ tərəfindən işçilərin mənzillə təmin olunması «Neftçi» MTK vasitəsi ilə həyata keçirilir. Bununla bağlı müddəa ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2011-2013-cü illər üçün bağlanmış sahə (tarif) Kollektiv Sazişində də öz əksini tapıb. Hazırda Yeni Yasamal yaşayış massivində tikilmiş yaşayış binalarında təmir, Badamdar qəsəbəsi ərazisində inşa edilən yaşayış binasında isə son tamamlama işləri aparılır. Bu binaların 2012-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Xətai rayonu, A.İsmayılov küçəsi,35 ünvanında yeni yaşayış binalarının tikintisi isə davam etdirilməkdədir. Bundan başqa, Səbail rayonu Bibiheybət ərazisində 1500-dən artıq neftçi ailəsi üçün yaşayış kompleksinin, Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələri, Xəzər rayonu Pirallahı qəsəbəsi ərazilərində yeni yaşayış binalarının tikintisi üçün hazırlıq işləri aparılır.
«Azərbaycan Dövlət Neft Şirkəti işçilərinin «Neftçi» Mənzil-Tikinti Kooperativinə üzvlüyü barədə Qaydalar»a əsasən, MTK-ya üzvlük ARDNŞ üzrə mənzil uçotunda olan işçilərin müraciətləri əsasında həyata keçirilir. ARDNŞ-in təqaüd proqramı çərçivəsində təhsilini başa vurub şirkətdə işə qəbul edilən işçilər də «Neftçi» MTK-ya üzv qəbul edilirlər. Mənzil növbəsində olan işçilərin uçota götürüldükləri tarixlərə uyğun olaraq seçdikləri mənzillərin dəyərinin bir hissəsini kooperativə ARDNŞ, digər hissəsi isə işçi tərəfindən ödənilir. Kooperativ üzvlərinin ödəyəcəkləri pay haqqı ARDNŞ-in Şurasının qərarları ilə tənzimlənir. Daha uzun müddət mənzil uçotunda olan işçilər üçün ARDNŞ tərəfindən ödəniləcək hissə 70%-dək artır. MTK-ya üzv qəbul edilən şəxs mənzil uçotuna 1984-cü ilədək götürülübsə, onun üçün mənzilin dəyərinin 70%-i ARDNŞ, 30%-i isə özü tərəfindən ödənilir. Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödəniləcək hissədən hər il üçün 2% azalır və işçi tərəfindən ödəniləcək hissə artır. Nəticədə, 2008-ci ildə mənzil uçotuna dayanmış işçi MTK-ya üzv qəbul edilərkən mənzilin ümumi dəyərinin 20%-i ARDNŞ, 80%-i isə onun özü tərəfindən ödənilməli olur. Qeyd olunan faiz dərəcələri mənzil qanunvericiliyinə uyğun olaraq ailəyə düşən normaya tətbiq olunur. Təqaüd proqramı üzrə təhsilini başa vurub ARDNŞ-də işə qəbul olunmuş və «Neftçi» MTK-ya üzvlüklə bağlı müraciət etmiş işçilər üçün isə norma olaraq 2 otaqlı mənzil qəbul edilib. Onların norma daxilində seçdikləri sahənin dəyərinin 50%-i ARDNŞ tərəfindən ödənilir. Kooperativə üzv qəbul edilmiş işçilər ödəniləcək məbləğin üzərinə düşən hissəsini üzv olduqları binanın tikintisi başa çatanadək «Neftçi» MTK-nın hesabına ödəməlidir. ARDNŞ, «Xalq Bank» ASC və «Neftçi» MTK arasında imzalanmış Çərçivə Sazişinə əsasən, kooperativə üzv qəbul edilmiş işçilərin istəyi ilə onların ödəyəcəkləri məbləğ və ya onun bir hissəsi ARDNŞ-in məktubu əsasında «Xalq Bank» ASC tərəfindən tikinti müddətində kooperativin hesabına ödənilə bilər. Bu zaman kooperativin üzvü öz üzərinə illik 4% əlavə olmaqla həmin məbləği banka 10 ilə qədər müddətə ödəmək haqda öhdəlik götürür.
«Neftçi» MTK-ya üzv qəbul edilmiş işçi mənzil qanunvericiliyinə uyğun olaraq ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi normasından əlavə bir otaq və ya ona düşən mənzilin ümumi sahəsinin 50%-dən çox olmamaq şərti ilə əlavə sahə də ala bilər. Normadan artıq götürülmüş otağın və ya sahənin dəyəri üzv tərəfindən tam miqdarda ödənilir və bu məbləğ kreditləşməyə daxil edilmir.
Xatırladaq ki, 2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6 238 işçi mənzil növbəsindədir. Onların 5 743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülmüşdür. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də «Neftçi» MTK tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulur.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub
DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb
Tramp ABŞ-da yanacağın qiymətlərinin aşağı salınmasını tələb edib
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb