Bank Of Baku

Yaponiya şirkətləri Sumqayıt Kimya Sənaye Parkında işləməyə dəvət edilib

Yaponiya şirkətləri Sumqayıt Kimya Sənaye Parkında işləməyə dəvət edilib
# 26 yanvar 2012 12:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan tərəfi Yaponiya şirkətlərini Sumqayıtda yaradılan Kimya Sənaye Parkında işləməyə dəvət edir. “APA-Economics”in xəbərinə görə, bu və digər sahələrdə genişlənməkdə olan əməkdaşlıq Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə «Azərikimya»nın baş ofisində keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı qonaqlara onları maraqlandıran məsələlər - «Azərikimya» müəssisələrinin ərazisində yaradılacaq Kimya Sənaye Parkı və Azot gübrəsi (Karbamid) zavodunun layihələndirmə və tikintisinə hazırlıq işlərinin aparıldığı barədə geniş məlumat verilib.

Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik, özəl kimya müəssisələrinin yaradılmasında Yaponiyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR