Bank Of Baku

Viktor Yanukoviç: “Azərbaycan, Ukrayna və Türkiyə arasında müxtəlif enerji layihələrində iştirak haqqında danışıqlar gedir”

Viktor Yanukoviç: “Azərbaycan, Ukrayna və Türkiyə arasında müxtəlif enerji layihələrində iştirak haqqında danışıqlar gedir”
# 27 yanvar 2012 08:05 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Davosda səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç bildirib.

Onun sözlərinə görə, tərəflər bu danışıqlarda iştirakda maraqlı olduqlarını və perspektivə ümidlə yanaşdıqlarını təsdiqləyiblər.

Prezident hansı layihələrdən söhbət getdiyini açıqlamayıb. Ancaq məlumdur ki, Davosda Ukrayna və Azərbaycan arasında maye qazın Ukrayna ərazisində tikiləcək LNG-terminalına nəqli haqqında saziş imzalanacaq.

Azərbaycan prezidenti İlham Əliyevlə Davosda keçirdiyi görüşü “danışıqların növbəti mərhələsi” adlandıran V.Yanukoviç hazırda iki protokolun imzalanmağa hazırlandığını bildirib: “Hazırda mütəxəssislər texniki məsələləri dəqiqləşdirməklə məşğuldurlar. Şübhəsiz ki, Ukrayna Xəzər qazının nəqlində həm istehlakçı, həm də tranzit ölkə kimi iştirak etmək məsələlərində iştirak edə bilər. bu bizə çox maraqlıdır”.

Qeyd edək ki, ötən il yanvarın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd - Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə saziş və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ukraynaya 2014-cü ildə 2 mlrd. kubmetr, 2015-ci ildə isə 5 mlrd. kubmetr maye qazın nəqlini nəzərdə tutan razılaşma sentyabrda hər iki ölkə tərəfindən paraflanıb.

Ukrayna Rusiya qazından asılılığını azaltmaq üçün 2015-ci ilin sonuna qədər Qara dəniz sahilində maye qazın qəbulu üzrə terminal tikməyi planlaşdırır. Layihənin ilkin dəyəri 2,5 mlrd. dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR