Bank Of Baku

Şabranın 49 yaşayış məntəqəsində qaz problemi yaranıb

Şabranın 49 yaşayış məntəqəsində qaz problemi yaranıb
# 27 yanvar 2012 09:50 (UTC +04:00)
Şabran. Vəli Turan - APA. Azərbaycanın Şabran rayonunun 68 yaşayış məntəqəsindən yalnız 19-u mavi yanacaqla təmin olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonunun 68 yaşayış məntəqəsindən 49-da mavi yanacaq problemi var. rayonun 19 yaşayış məntəqəsi istilik kimi təbii qazdan istifadə edir.
Təbii qazla təmin olunan Padar, Ağalıq, Mollabürhanlı, Aygünlü kəndlərində mavi yanacaq problemi qalmaqdadır. Sakinlər problemin həlli üçün müvafiq qurumlara müraciət etdiklərini deyir. Şabran Qaz İstismar Sahəsinin baş mühəndisi Əlibaba Əliyev isə bildirib ki, Mollabürhanlı və Aygünlü kəndlərində problemin səbəbi həmin kəndləri qazla təmin edən ana xətdə olan çatışmazlıqlardır. Bununla yanaşı, adı çəkilən kəndlərin əvvəlcədən düzgün qazlaşdırılmaması da indi onları mavi yanacaqla təmin etməkdə çətinlik yaradır. Amma baş mühəndis məsələnin yaxın vaxtlarda həll olunacağını söyləyib: “Bu il daha 10 kəndin mavi yanacaq problemi həll ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR