Bank Of Baku

Məhkəmə Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyətin bir hissəsini BP-nin üzərindən götürüb

Məhkəmə Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyətin bir hissəsini BP-nin üzərindən götürüb
# 27 yanvar 2012 11:02 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Luiziana ştatının dairə məhkəməsi Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyətin bir hissəsini BP şirkətinin üzərinə qoyub.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, məsuliyyətin digər hissəsi batan neft platformasının sahibi “Transocean” şirkətinin üzərinə qoyulub.

Eyni zamanda “Halliburton” şirkətinin də bu nəhəng qəzaya görə məsuliyyət daşıyan şirkətlər sırasına daxil ediləcəyi gözlənilir. BP bəyan edib ki, “Halliburton” şirkəti qəzanın baş verdiyi “BP Makonda” quyusunda istifadə olunan sementin keyfiyyət testinin nəticələrini məhv edib. Qəzanın səbəblərindən biri kimi məhz keyfiyyətsiz sement göstərilir. “Halliburton” isə bütün ittihamları rədd edir.

Qeyd edək ki, ötən il aprelin 20-də Meksika körfəzində, ABŞ-ın Luiziana ştatının sahillərindən 80 kilometr məsafədə yerləşən BP-nin “Deepwater Horizon” platformasında partlayış baş verib. Nəticədə 11 nəfər ölüb, 7 nəfərin ağır yaralanıb, aprelin 22-də isə platforma qəzaya uğrayıb. Suya axan neft regionda ekoloji fəlakət yaradaraq, ABŞ-ın Luiziana, Alabama, Florida, Texas və Missisipi ştatlarına ciddi zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR