Bank Of Baku

İran-Pakistan qaz kəmərinin tikintisi 2014-cü ilə qədər tamamlanacaq

İran-Pakistan qaz kəmərinin tikintisi 2014-cü ilə qədər tamamlanacaq
# 27 yanvar 2012 12:49 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Qərbin İrana qarşı sanksiyalarına baxmayaraq, Pakistan İrandan təbii qazın alınmasını dayandırmayacaq. “APA-Economics”in məlumatına görə, bu barədə Pakistanın “The Nation” qəzetində məlumat verilib.

Qəzet sanksiyaların İranın neft sənayesini hədəfə aldığını, “İran-Pakistan təbii qaz boru kəməri” layihəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri xaricində olduğuna işarə edilib.

Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Bəsit İslamabadda keçirilən mətbuat konfransında bildirib ki, ölkəsinin İran siyasətində heç bir dəyişiklik yoxdur və “İran-Pakistan təbii qaz kəməri” layihəsi 2014-cü ilə qədər tamamlanacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən İrandan “Sülh təbii qaz boru kəməri” vasitəsilə Pakistana təbii qaz daşınmasının başlanmasına qərar verilib. Başlanğıcda Hindistan bu layihəyə dəstək versə də, sonradan ABŞ-ın təzyiqləri nəticəsində ayrılmalı olub.

Pakistan təbii qaz və elektrik enerjisinə olan ehtiyacını ödəmək üçün İranla yanaşı, digər ölkələrlə də danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR