Bank Of Baku

Davosda «SOCAR – Azərbaycanın enerjisi» adlı təqdimat keçirilib

Davosda «SOCAR – Azərbaycanın enerjisi» adlı təqdimat keçirilib
# 28 yanvar 2012 07:56 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tədbiri açan ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirakçılara Azərbaycan və ARDNŞ haqda geniş məlumat verib və Avropanın enerji təhlükəsizliyində ölkənin tutduğu mühüm mövqe və oynadığı rol, neft-qaz marşrutlarının şaxələndirilməsi kimi məsələlər haqqında danışıb.

Təqdimatda enerji məsələləri üzrə Avropa komissarı Günter Ottinger, Gürcüstanın baş naziri Nika Gilauri də çıxış edərək enerji əməkdaşlığı sahəsində Azərbaycanın etibarlı tərəfdaş olmasından söz açıblar. Forumda Azərbaycan nümayəndə heyətində təmsil olunan nazirlər – Əli Abbasov, Samir Şərifov, Hüseyqulu Bağırov, həmçinin Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, «Deutsche Bank», «Tüssen Qrup», «LUKoyl», «RWE», «BNP Paribas», «Blackstone», «Edisson», «Ernst&Young» şirkətləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Avropa ölkələri parlamentlərinin deputatları, rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR