Bank Of Baku

Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar «Bakıelektrikşəbəkə» ASC gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar «Bakıelektrikşəbəkə» ASC gücləndirilmiş iş rejiminə keçib
# 28 yanvar 2012 10:34 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, tələbatın artması enerji təminatında problem yaratmayıb: «Bakının elektrik şəbəkəsinin gücü buna artıqlaması ilə hazırdır. Nəticədə elə bir ciddi problem yoxdur».

T.Mustafayev bildirib ki, ayrı-ayrı abunəçilər tərəfindən ortaya çıxan fərdi problemlər nəzərə alınmasa enerji təminatında heç bir problem yoxdur və şəhərin elektrik enerjisi ilə təminatı normal rejimdə davam edir.

Bununla yanaşı, soyuqlar və qar yağması ilə əlaqədar olaraq şəbəkə gücləndirilmiş iş rejiminə keçib: «Bütün heyət iş başındadır, əlavə maşın və mexanizmlər və əlavə qruplar işə cəlb olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR