Bank Of Baku

«Azərenerji» ASC: Bölgələrdə işıqla bağlı problem yoxdur

«Azərenerji» ASC: Bölgələrdə işıqla bağlı problem yoxdur
# 28 yanvar 2012 12:06 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, indiyədək regionlarda enerji təminatı ilə bağlı heç bir ciddi problem qeydə alınmayıb: «Hətta hava şəraitinin ən kəskin olduğu şimal bölgəsində – Quba-Qusar rayonlarında ciddi problem baş verməyib».

«Azərenerji»dən qeyd ediblər ki, qış aylarında enerji sistemi xüsusi iş rejiminə keçir, belə havalarda isə hazırlıq daha da gücləndirilib: «Havaların kəskin dəyişəcəyi barədə əvvəlcədən verilən məlumata uyğun olaraq ciddi hazırlıq işləri görülüb – ərazilərə qəza briqadaları yerləşdirilib ki, qəza baş versə dərhal aradan qaldırılsın, vəziyyətə nəzarət gücləndirilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR