Bank Of Baku

İran dünya bazarında neftin qiymətinin kəskin qalxacağı barədə xəbərdarlıq edib

İran dünya bazarında neftin qiymətinin kəskin qalxacağı barədə xəbərdarlıq edib
# 29 yanvar 2012 18:51 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın Milli Neft Şirkətinin rəhbəri Əhməd Qələbani deyib ki, Avropa Birliyinin Tehrandan neft idxalına sanksiya tətbiq etməsi neftin qiymətlərində 50%-lik qiymət artımına səbəb olacaq: “Hazırda dünya bazarlarında 95-100 dollar arasında dəyişən neftin qiymətinin önümüzdəki günlərdə 120 ilə 150 dollar arasında olacağının şahidi olacağıq”.

Almaniyanın xarici işlər naziri Gido Vestervelle isə “Welt am Sonntag” qəzetinə açıqlamasında Avropa Birliyinin atdığı son addıma görə quruma üzv ölkələrin küncə sıxışdırılmasına imkan verməyəcəklərini, İranın mübahisəli nüvə proqramının həlli üçün sonadək səylərini əsirgəməyəcəklərini və neft tədarükündə yaşanacaq azalmasını kompensasiya edəcək yolları tapacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR