Bank Of Baku

İranın neft naziri: “Sanksiyalara sanksiyalarla cavab verəcəyik”

İranın neft naziri: “Sanksiyalara sanksiyalarla cavab verəcəyik”
# 30 yanvar 2012 11:54 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İranın neft naziri Rüstəm Qasemi bildirib.

Nazir qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vura bilməyəcək: “Avropaya neft nəqlini məhdudlaşdırsaq belə, İran neftinin öz bazarı var və biz sanksiyalara sanksiyalarla cavab verəcəyik”.

Bununla belə, sanksiyaların nə vaxt tətbiq olunacağını açıqlamayıb. Yanvarın 29-da isə İran parlamentində müvafiq qanun layihəsinin müzakirəsi təxirə salınıb.

Qeyd edək ki, dünyada hasil olunan neftin 25%-i, İraq, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrdən ixrac olunan neftin isə 40%-i Hörmüz körfəzi vasitəsilə həyata keçirilir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barel neft alıb.

Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR