Bank Of Baku

Qazıməmməd-Qazax magistral qaz kəmərində qəza nəticəsində qazsız qalan bölgələrin mavi yanacaqla təminatı yaxın saatlarda bərpa olunacaq

Qazıməmməd-Qazax magistral qaz kəmərində qəza nəticəsində qazsız qalan bölgələrin mavi yanacaqla təminatı yaxın saatlarda bərpa olunacaq
# 30 yanvar 2012 11:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) magistral qaz kəmərində baş verən partlayışla əlaqədar açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunub ki, yanvarın 30-da 1000 mm-lik Qazıməmməd-Qazax 1-ci magistral qaz kəmərində qaz sızması baş verib: «Sızma nəticəsində Göyçay, Qəbələ, Ucar rayonlarına və Ağdaş rayonunun bəzi ərazilərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb».

Məlumatda deyilir ki, ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi problemin həlli və qaz təminatında yaranmış fasilənin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir: «Adıçəkilən bölgələrin qaz təchizatının saat 18:00 radələrində bərpa edilməsi gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR