Bank Of Baku

Azərbaycan və Qırğızıstan neft emalı zavodunun tikintisi üzrə işçi qrup yaradır

Azərbaycan və Qırğızıstan neft emalı zavodunun tikintisi üzrə işçi qrup yaradır
# 30 yanvar 2012 12:19 (UTC +04:00)
APA-Economics”in Qırğızıstan mətbuatına istinadən xəbərinə görə, bu barədə Qırğızıstan Neft Treyderləri Assosiasiyasının prezidenti Jumakadır Akeneyev bildirib.

Qeyd edək ki, yanvarın ortalarında ARDNŞ prezidenti Rövnəq Abdullayev Bişkekə səfər edərək, Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşüb. Görüşdə A.Atambayev Qırğızıstanın energetika və sənaye naziri Askarbek Şadiyevə ölkədə NEZ-in tikintisinə hərtərəfli kömək göstərilməsi barədə göstəriş verib.

J.Akeneyev qeyd edib ki, NEZ-in tikintisi üzrə bir neçə variant mövcuddur. Azərbaycan tərəfi Qırğızıstanın şimalında və ya cənubunda istər nəhəng, istərsə də kiçik zavod tikintisi layihələrini nəzərdən keçirir. Emal olunacaq nefti həm Azərbaycandan idxal etmək, həm də Qırğızıstandan çıxarmaq təklif olunur. NEZ 2013-cü ilin sonuna qədər istismara verilməlidir.

ARDNŞ NEZ-i təkcə Qırğızıstanın neft məhsullarına olan tələbatını ödəmək üçün deyil, həm də böyük satış bazarı kimi qonşu Çinə yanacaq ixracı üçün nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR