Bank Of Baku

Hindistan İrandan neft idxalını azaltmaqdan imtina edib

Hindistan İrandan neft idxalını azaltmaqdan imtina edib
# 30 yanvar 2012 12:22 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ və Avropa Birliyi (AB) tərəfindən qəbul olunmuş sanksiyalara baxmayaraq, Hindistan İrandan neft idxalını azaltmayacaq. “APA-Economics”in Hindistan mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin neft naziri Pranab Muxerci açıqlama verib.

Onun sözlərinə görə, Hindistanın enerjiyə olan tələbatının 12%-ni İran nefti ödəyir: “Ona görə də biz İran nefti olmadan keçinə bilmərik”.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

Sanksiyalar səbəbindən Hindistan İran neftini ABŞ dolları ilə ala bilməyəcək. Tehran isə neftin dəyərinin rupi ilə ödənilməsini istəmir. Ona görə də tərəflər ödənişlərin Yaponiya yeni ilə həyata keçirilməsi haqqında razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR