Bank Of Baku

Cənubi Sudan neft hasilatını dayandırıb

Cənubi Sudan neft hasilatını dayandırıb
# 30 yanvar 2012 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Sudanda neft hasilatının 90%-i dayandırılıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin neft naziri Stiven Dieu Dau “Sudan Tribune” qəzetinə açıqlamasında bildirib.

Qeyd edək ki, nazirin bəyanatı Sudan və Cənubi Sudan arasında neftin tranzit qiymətlərinə dair aparılan danışıqların növbəti raundunun uğursuz nəticələnməsindən sonra səslənib. Sudan neftin 1 barelinin tranzit haqqı kimi 36 dollar ödənilməsini tələb edir, Cənubi Sudan isə bu rəqəmin 1 dollara endirilməsini istəyir.

Xartum cənub qonşusunun 1 mlrd. dollar borcu olduğunu iddia edərək, 800 mln. dollar dəyəri olan xam neftin üzərinə həbs qoyub. Gündə 350 min barel neft hasil edən Cənubi Sudan isə buna qarşı iddia qaldırıb. Stiven Dieu Dau bildirib ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə aparılan danışıqlarda Afrika İttifaqı Sudan prezidenti Ömər əl-Bəşirə xam neftlə dolu tankerləri azad etməyi təklif etsə də, sonuncu hələ ki buna əməl etməyib.

Qeyd edək ki, Cənubi Sudanın büdcəsinin 98%-i xam neftin satışından gəlirlər hesabına formalaşır. Neftin yeganə nəql marşrutu (Port-Sudan-Qırmızı dəniz) isə Sudan ərazisindən keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR