Bank Of Baku

Azərbaycanda alternativ enerji mənbələri üzrə fəaliyyət üçün lisenziyalar elektron formatda veriləcək

Azərbaycanda alternativ enerji mənbələri üzrə fəaliyyət üçün lisenziyalar elektron formatda veriləcək
# 31 yanvar 2012 11:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üzrə elektron xidmətlərin göstərilməsi üzrə səlahiyyətlər Sənaye və Energetika Nazirliyinə verilib.

«APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» 2011-ci il 24 noyabr tarixli qərarına dəyişikliklər edilməsi barədə yeni qərarı ilə mümkün olub.

Qeyd edək ki, dəyişikliklərə qədər bu sahədə xidmətlərin göstərilməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR