Bank Of Baku

Şirvanda elektrik enerjisinin smart-kartlara yüklənməsində böyük növbələr yaranıb

Şirvanda elektrik enerjisinin smart-kartlara yüklənməsində böyük növbələr yaranıb
# 31 yanvar 2012 15:47 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində elektrik enerjisinin smart-kartlara yüklənməsində böyük növbələr yaranıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər sakinlərindən çoxsaylı müraciətlər daxil olub.

Müraciətlərdə bildirilir ki, havaların şaxtalı keçməsi ilə əlaqədar elektrik enerjisinə tələbat artıb. Amma smart-kartlara balans yüklənməsini həyata keçirən 4 kartyükləmə məntəqələrindən yalnız ikisi işlədiyindən, böyük növbələr yaranıb.

Şirvan şəhər Elektrik Şəbəkəsindən isə bildiriblər ki, şəhəri elektriklə təmin edən 5 saylı xətdə qəza baş verdiyi üçün şəhərin mərkəzi poçtunda yerləşən kartyükləmə məntəqəsi işləməyib. Digər tərəfdən isə Tağıyev qəsəbəsində yerləşən poçt məntəqəsində yerləşən kartyükləmə serverində də şəbəkə olmayıb. Bu səbəbdən də digər iki məntəqədə böyük növbələr yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR