Bank Of Baku

Azərbaycanda alternativ enerjidən istifadə ilə bağlı strategiyanın hazırlanması işləri sürətləndirilib

Azərbaycanda alternativ enerjidən istifadə ilə bağlı strategiyanın hazırlanması işləri sürətləndirilib
# 01 fevral 2012 07:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti ölkədə alternativ enerjidən istifadə strategiyasının hazırlanması ilə bağlı sərəncam verib. «APA-Economics»in məlumatına görə, sərəncama əsasən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair 2012-2020-ci illəri əhatə edən Dövlət Strategiyasının layihəsinin vaxtında hazırlanıb dövlət başçısına təqdim edilməsinin vacibliyini nəzərə alaraq, bununla bağlı işlərin, müstəsna hal kimi, bu sahədə ixtisaslaşmış yerli və xarici konsaltinq şirkətləri ilə birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilir.

Qeyd edə ki, strategiya Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR