Bank Of Baku

“ExxonMobil” şirkətinin xalis mənfəəti ötən il 35% artıb

“ExxonMobil” şirkətinin xalis mənfəəti ötən il 35% artıb
# 01 fevral 2012 09:17 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın nəhəng neft şirkətlərindən olan “ExxonMobil” (ABŞ) şirkətinin xalis mənfəəti ötən il 35% artaraq 41,06 mlrd. dollara, gəlirləri isə 27% artaraq 486,4 mlrd. dollara çatıb.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, buna səbəb 2011-ci ildə neft və qazın qiymətlərinin artması, eləcə də bəzi aktivlərin satışı olub.

“ExxonMobil”in hasilatı illik müqayisədə 1% artaraq sutkada 4,5 mln. barel, kapital qoyuluşları isə 36,8 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, əsası 1882-ci ildə milyarder Con Rokfellerin “Standard Oil” şirkəti ilə qoyulan “ExxonMobil” indiki adını 1999-cu ildə “Exxon” və “Mobil” şirkətlərinin birləşməsi nəticəsində alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR