Bank Of Baku

Azərbaycan Novorossiysk və Ceyhan limanlarından neft ixracını yanvarda azaldıb

Azərbaycan Novorossiysk və Ceyhan limanlarından neft ixracını yanvarda azaldıb
# 02 fevral 2012 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından (Rusiya, Qara dəniz) 79 591 ton, Supsa limanından (Gürcüstan, Qara dəniz) 315 253 ton, Ceyhan limanından (Türkiyə, Aralıq dənizi) isə 1 909 293 ton xam neft ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayına nisbətən Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi 28,1%, Ceyhan limanından isə 24% azalıb.

Qeyd edək ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR