Bank Of Baku

ARDNŞ benzin ixracını kəskin artırıb

ARDNŞ benzin ixracını kəskin artırıb
# 02 fevral 2012 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 117 249 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin yanvar ayına nisbətən 13,4% azdır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında 5 678 ton avtomobil benzini, 101 350 ton dizel yanacağı və 10 221 ton təyyarə yanacağı ixrac olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ixrac olunmuş avtomobil benzininin həcmi 2,9 dəfə, təyyarə yanacağının həcmi 2,7 dəfə artıb, dizel yanacağının həcmi isə 18% azalıb.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 974,93 dollar, təyyarə yanacağının 993,14 dollar, dizel yanacağının 946,32 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 685,63 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR