Bank Of Baku

İran Hindistana nefti rupi ilə satmağa razılaşıb

İran Hindistana nefti rupi ilə satmağa razılaşıb
# 02 fevral 2012 13:18 (UTC +04:00)
Bakı - APA-Economics. İran Hindistana satdığı neftin dəyərinin 45%-nin rupi ilə ödənməsinə razılıq verib. “APA-Economics”in “Indian Express”ə istinadən xəbərinə görə, bunda məqsəd Hindistan baklarını ABŞ və Avropa Birliyinin sanksiyalarından sığortalamaqdır.

İki ölkə arasında hesablaşmalar Hindistanın Qərbi Benqaliya ştatının paytaxtı Kəlküttədə yerləşən “UCO Bank” vasitəsilə aparılacaq. Bu bankın yalnız Honkonq, Sinqapur və Çinə çıxışı var. Ona görə də Avropa ölkələri “UCO Bank”a sanksiya tətbiq edə və ya onun hesablarına həbs qoya bilməzlər. İndiyədək İran və Tehran arasında hesablaşmalar Türkiyənin “Halk Bankası” vasitəsilə aparılıb. Tehran Nyu Dehliyə ildə 9,5 mlrd. dollar dəyərində neft satır.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir. Sanksiyalar səbəbindən Hindistan İran neftini ABŞ dolları ilə ala bilməyəcək. neftin dəyərinin qalan hissəsi isə Yaponiya yeni ilə ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR